Ağstafada ərlə arvadın ölümünə səbəb olan hadisənin TƏFƏRRÜATI - VİDEO

22:26 - 8 Sentyabr 2024

Ağstafada ərlə arvadın ölümünə səbəb olan hadisənin TƏFƏRRÜATI - VİDEO

Ağstafada baş vermiş bədbəxt hadisənin təfərrüatı məlum olub.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Qırılı kəndində baş verib.

Belə ki, kənd sakini, 1965-ci il təvəllüdlü Füzuli İsmayılov pilləkəni hasara söykəyərək üzüm yığırmış. Bu zaman hasar aşıb, Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşın altında qalıblar.

Mərhum F. İsmayılovun qardaşı Mehman İsmayılov bildirib ki, səhər saatlarında üzümü yoldaşının işə aparması üçün yığırmışlar:

"Hasarın hər iki tərəfinə nərdivan söykəyiblər. Qopan daş əvvəlcə qadının üzərinə düşüb. Yoldaşı daşı tutmaq istəyərkən ayağı ilişərək yıxılıb və hasar hər iki tərəfdən üstlərinə aşıb".

Bədbəxt hadisədən 20-25 gün əvvəl isə nəvələri vəfat edibmiş.

Ətraflı Baku TV-nin süjetində:

 


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin