Azərbaycan səfərdə Slovakiyaya məğlub oldu

22:06 - 8 Sentyabr 2024

Azərbaycan səfərdə Slovakiyaya məğlub oldu

Azərbaycan yığması UEFA Millətlər Liqasınının oyununda Slovakiyaya məğlub olub.


Manset.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibindən 2 cavabsız qol buraxıb.

Koşitse şəhərindəki "Koşitse Futbol Arenası"nda keçirilən qarşılaşmanın 22-ci dəqiqəsində Ondrey Duda, 4 dəqiqə sonrasında isə David Strelets fərqlənib.

Qeyd edək ki, milli komandamız C Liqasının I qrupunun ilk görüşündə İsveçə 1:3 hesabı ilə uduzmuşdu.


***

UEFA Millətlər Liqasında Slovakiya - Azərbaycan matçında növbəti qol vurulub.

 

Manset.az xəbər verir ki, C Liqasının I qrupunun görüşündə meydan sahibləri ikinci qolu vurublar - 2:0.

26-cı dəqiqədə Streleç fərqlənməyi bacarıb.

***

UEFA Millətlər Liqasında Slovakiya - Azərbaycan matçında hesab açılıb.

Manset.az xəbər verir ki, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda irəli çıxıb - 1:0.

22-ci dəqiqədə Ondrey Duda penalti zərbəsini dəqiq yerinə yetirib.

 

***

20:23

Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununa çıxır.

Manset.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Slovakiya yığması ilə üz-üzə gəlir.

Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edir.

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasındakı ilk matçında Bakıda İsveç seçməsinə 1:3 hesabı ilə məğlub olub.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin