Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
25 Noyabr 2024
22:56 - 4 Noyabr 2021
"Yaxşı komandaya qalib gəldik. Hər iki oyunda meydanda sonadək mübarizə getdi. Bu, bizim üçün həddindən artıq vacib idi".
Manşet.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Qazaxıstanda "Kayrat"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup oyunundan sonra mətbuat konfransında deyib.
O qeyd edib ki, futbolçular intizamlı oynayıblar:
"Dünən də demişdim ki, bu dəfə daha yaxşı oynamalıyıq. Hava şəraitinə, meydançanın durumuna, bütün çətinliklərə baxmayaraq, futbolçularım dözdü və qalib gəlmək üçün ən yaxşısını etdilər. Müdafiədə oturmadıq. Daim rəqibin üzərinə getməyə çalışdıq. Çünki onlara oynamaq imkanı verdikdə topla çox yaxşı davranırlar. Maraqlı oyun üslubları var. Bəzi epizodları çıxmaq şərtilə, futbolçularım intizamlı oynadılar və böyük zəfər qazandılar. Rəqibə və çox hörmətli Kurban Berdıyevə uğurlar arzulayıram".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin