Bu ölkədə qasırğa 14 nəfərin həyatına son qoydu

17:29 - 8 Sentyabr 2024

Bu ölkədə qasırğa 14 nəfərin həyatına son qoydu

Vyetnamın şimalını vuran "Yaqi" qasırğası nəticəsində azı 14 nəfər ölüb, 180-dən çox insan yaralanıb.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallara qarşı mübarizə və axtarış-xilasetmə Milli Komitəsi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətdən ən çox paytaxt Hanoy və liman şəhərləri zərər çəkib.

Qasırğa 400-dən çox elektrikötürücü qülləyə və 27 elektrik yarımstansiyasına ziyan vurub, elektrik enerjisinin verilişində fasilələr yaranıb, 121 min hektardan çox əkin sahəsi su altında qalıb, 38 gəmi və balıqçı qayığı sahillərdə itib.


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin