Yanan evdə qalan azyaşlı xilas edildi - YENİLƏNİB

15:40 - 8 Sentyabr 2024

Yanan evdə qalan azyaşlı xilas edildi - YENİLƏNİB

Cəlilabad şəhərində yanan evdəki azyaşlı xilas edilərək rayon xəstəxanasına çatdırılıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, digər azyaşlının evdə olması barədə ilkin məlumat təsdiqini tapmayıb, o, evdən kənarda olub.

Onu da qeyd edək ki, ana iki azyaşlı uşağı ilə həmin evdə kirayə qalıb. Ana işləmək üçün Cəlilabad rayonunun kəndlərindən birindən şəhərə köçüb.

15:24

Cəlilabad şəhəri, Azərbaycan küçəsində fərdi yaşayış evi yanır.

Manset.az-a APA-ya istinadla xəbər verir ki, yanan evdə iki azyaşlı qalıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri uşaqların xilası üçün çalışır.



Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin