Ağdamda ətraf mühitin çirklənməsinə qarşı tədbirlər görüldü

10:19 - 8 Sentyabr 2024

Ağdamda ətraf mühitin çirklənməsinə qarşı tədbirlər görüldü

Ağdam rayonu ərazisində polis əməkdaşlarının aidiyyəti qurumlarla birgə keçirdiyi tədbirlərlə ətraf mühitin çirklənməsi halları aşkarlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Sanitariya-gigiyena qaydalarının təmin olunması məqsədilə müvafiq işlər görülüb, həmin ərazilər təmizlənilib.

Polis əməkdaşları tərəfindən rayon ərazisində ətraf mühitə ziyan vurulması hallarının qarşısının alınması məqsədi ilə il ərzində 103 protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin