Şəhid Məhərrəmov Məhəmməd Cəlil oğlunu tanıyaq - FOTOLAR

10:07 - 8 Sentyabr 2024

Şəhid Məhərrəmov Məhəmməd Cəlil oğlunu tanıyaq - FOTOLAR

Bu gün Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqcusu Şəhid Məhərrəmov Məhəmməd Cəlil oğlunun anım günüdür.

 

Anım günü 2-ci fəxri xiyabanda keçrilib. Anım günündə Binəqədi rayonu icra hakimiyyətinin başcısı Elxan Allahverdiyev, müavinləri,YAP binədi rayonu partiya rayon təşkilatının sədri Vüsar İsmayılov, ictimaiyyət nümayəndələri və səhidin qohumları iştirak ediblər.

İlk olaraq şəhidimizin məzarı ziyarət olunub dualar oxunub, şəhidimiz haqqında fikirlər söylənilib. Şəhidimizin məzarı ziyarət edildikdən sonra xiyabanda mərasim evində çay süfrəsi ehsan verilib.

Onu da vurğulamaq istəyirəm ki, şəhidimizin mərhum atası Cəlil Məhərrəmov 1-ci Qarabağ müharibəsində iştirak edib.

Şəhidlik dinimizə görə ən yüksək mərtəbələrdən biridir. Bu məqama çatanlar cənnətlə mükafatlandırılırlar. Biz şəhidlərimizin qanı ilə yuyulan bu torpaqda yaşayırıq.

Bu gün biz bu torpaqlarda sərbəst hərəkət edib xoşbəxt bir şəkildə yaşayırıqsa, bizlər üçün ölümə qorxusuz getmiş şəhidlərimizin sayəsindədir.

Allah şəhidimizə rəhmət eləsin, ailəsinə səbr versin!



Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin