"Bizi çətin oyun gözləyir" - Toral Bayramov

00:30 - 8 Sentyabr 2024

“Bizi çox güclü kollektivə qarşı çətin oyun gözləyir".

 

Manset.az xəbər verir ki, bunu UEFA Millətlər Liqasının qrup mərhələsinin II turu çərçivəsində Slovakiya ilə oyunda əvvəl Azərbaycan yığmasının futbolçusu Toral Bayramov deyib.

O, bildirib ki, sabah keçiriləcək qarşılaşmada qələbə qazanmağa çalışacaqlar: "Rəqib son Avropa çempionatında uğurlu çıxış edib. Buna baxmayaraq, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirərək, yaxşı oyunla qələbə qazanmağa çalışacağıq. Bunu bacaracaq gücümüz var. Komandamızda ab-hava yaxşıdır”.

Qeyd edək ki, yığmamız 2 gün əvvəl Bakıda keçirilən ilk oyunda İsveçə 1:3 hesabı ilə uduzub.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin