Nizam Osmanovun vəzifəsi bu generala tapşırıldı - FOTO

16:36 - 7 Sentyabr 2024

Nizam Osmanovun vəzifəsi bu generala tapşırıldı - FOTO

Müdafiə Nazirliyinin (MN) Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini general-mayor Eldəniz Yəhyayev icra edir.

 

Manset.az xəbər verir ki, E.Yəhyayev bir müddət öncə bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, Eldəniz Telman oğlu Yəhyayevə 2022-ci ildə Prezident İlham Əliyevin "Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında" Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.

O, daha əvvəl nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışıb.



Xəbər xətti

16 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin