Azərbaycan paracüdoçusu medal qazanmaq şansını davam etdirir

15:20 - 7 Sentyabr 2024

Azərbaycan paracüdoçusu medal qazanmaq şansını davam etdirir

Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazanmaq şansını davam etdirir.

 

Manset.az xəbər verir ki, +70 kq çəkidə yer alan idmançı təsəlliverici görüşdə Venesueladan olan Danitza Yoccelinlə üz-üzə gəlməli idi.

Rəqib tatamiyə çıxmadığı üçün İsmiyeva qalib elan olunub.

O, bürünc medal uğrunda ABŞ paracüdoçusu Qarsiya Kristella ilə görüşəcək.


Xəbər xətti

16 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin