Onlar 1/4 finalda məğlub oldu - Paris-2024

13:27 - 7 Sentyabr 2024

Onlar 1/4 finalda məğlub oldu - Paris-2024

Fransanın ev sahibliyi etdiyi Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.

 

Manset.az xəbər verir ki, cüdoçumuz İlham Zəkiyev (J1 kateqoriyası) 1/4 finalda məğlub olub.

Təcrübəli idmançı 1/4 final mərhələsində Fransadan olan Ceyson Qrandra ilə üz-üzə gəlib. Rəqibinə uduzan Zəkiyev təsəlliverici görüşə qatılacaq.

Paracüdoçumuz Dürsədəf Kərimova (J2 kateqoriyası) da məğlub olub. 70 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı 1/4 finalda Souza Silva (Braziliya) ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan D. Kərimova da təsəlliverici görüşə qatılacaq.


Xəbər xətti

16 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin