Azərbaycan paracüdoçusu 1/4 finala vəsiqə qazandı - FOTO

12:15 - 7 Sentyabr 2024

Azərbaycan paracüdoçusu 1/4 finala vəsiqə qazandı - FOTO

Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında 1/4 final mərhələsinə vəsiqə qazanıb.

 

Manset.az-ın məlumatına görə, 70 kq-dan yuxarı çəkidə yer alan idmançı 1/8 finalda Birləşmiş Ərəb Əmirliklərindən olan Maryam Aldhanhani ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn İsmiyeva növbəti raunda yüksəlib.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.


Xəbər xətti

16 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin