Neftimizin qiyməti ucuzlaşdı

11:48 - 7 Sentyabr 2024

Neftimizin qiyməti ucuzlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

 

Manset.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,66 ABŞ dolları və ya 2,12% azalaraq 76,64 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün neftimiz 78,3 ABŞ dollarına ticarət olunub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.


Xəbər xətti

16 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin