Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən şəxslər saxlanıldı

11:24 - 7 Sentyabr 2024

Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən şəxslər saxlanıldı

Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar

 

Bu barədə Manset.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 6-da gecə saatlarında Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisindən “VAZ-27175” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini R.Hüseynov avtomobillə birgə saxlanılıb.

Daha bir əməliyyat nəticəsində Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşları sentyabrın 5-də rayon ərazisindən “Toyota” markalı avtomobil qaçırmaqda şübhəli bilinən Ə.Məmmədov avtomobillə birgə saxlayıb.

Eyni zamanda, Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə sentyabrın 5-də rayon ərazisindən “Moona” markalı motosiklet qaçırmaqda şübhəli bilinən M.Salahov motosikletlə birgə saxlanılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

16 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin