Blinken Ukraynanın yeni XİN rəhbərinə zəng etdi

11:15 - 7 Sentyabr 2024

Blinken Ukraynanın yeni XİN rəhbərinə zəng etdi

ABŞ-nin Dövlət katibi Entoni Blinken Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb. 

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət departamentinin Mətbuat xidmətinin rəhbəri Metyu Miller açıqlayıb. 

Bildirilib ki, tərəflər söhbət zamanı diplomatik səviyyədə gələcək ikitərəfli təmasları müzakirə ediblər. 

Bununla yanaşı, Blinken Vaşinqtonun Kiyevə hərbi, iqtisadi və humanitar sahələrdə, eləcə də Ukrayna iqtisadiyyatının bərpa edilməsində yardımını davam etdirəcəyini vurğulayıb. 

Xatırladaq ki, sentyabrın 5-də Ukrayna Ali Radası Andrey Sibiqanı ölkənin yeni XİN rəhbəri təyin edib. O bu vəzifədə Dmitri Kulebanı əvəz edib.


Xəbər xətti

16 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin