İtaliya qalib gəldi, Türkiyə xal itirdi - Millətlər Liqası

09:12 - 7 Sentyabr 2024

İtaliya qalib gəldi, Türkiyə xal itirdi - Millətlər Liqası

UEFA Millətlər Liqasında növbəti oyunlar baş tutub.

 

Manset.az xəbər verir ki, A Divizionunda iki matç keçirilib. Belçika İsrailə, İtaliya isə Fransa seçməsinə 3:1 hesabı ilə qalib gəlib.

Türkiyə yığmasının yer aldığı B Liqasında "ay-ulduzlular" Uelslə (0:0), Norveç Qazaxıstanla (1:1), Avstriya Sloveniya (1:1) ilə səfərdə heç-heçə edib. İslandiya isə Monteneqrodan üstün olub - 2:0.

C Divizionunda isə Kipr Litvanı 1:0, Rumıniya Kosovonu 3:1 hesabı ilə məğlub yola salıb.

Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin digər oyunları sentyabrın 8-dən 10-dək, oktyabrın 10-dan 15-dək, həmçinin noyabrın 14-dən 19-dək keçiriləcək.


Xəbər xətti

16 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin