Naxçıvanda 9 yaşlı uşaq faciəvi şəkildə öldü

21:37 - 6 Sentyabr 2024

Naxçıvanda 9 yaşlı uşaq faciəvi şəkildə öldü

Naxçıvanda 9 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

 

Manset.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, bu gün Babək rayon Zeynəddin kəndində 2015-ci il təvəllüdlü H. T-nı yaşadığı evində elektrik cərəyanı vurub və o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

16 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin