Azərbaycan təyyarəsi Türkiyədə meşə yanğınları ilə mübarizəyə cəlb olundu - VİDEO

20:18 - 6 Sentyabr 2024

Azərbaycan təyyarəsi Türkiyədə meşə yanğınları ilə mübarizəyə cəlb olundu - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

 

Manset.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təyyarə bu gün İzmir-Urla istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.


Xəbər xətti

16 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin