Hindistan təyyarəsi Türkiyədə təcili eniş etdi

19:53 - 6 Sentyabr 2024

Hindistan təyyarəsi Türkiyədə təcili eniş etdi

Mumbay-Münhen marşrutu üzrə uçan Hindistanın “Vistara” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Türkiyənin Ərzurum hava limanına təcili eniş edib.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, buna səbəb təyyarənin göyərtəsinə bomba qoyulması ilə bağlı yayılan məlumat olub. Pilotun tələbi ilə bütün sərnişinlər təyyarədən endirilib. Hazırda təyyarədə mütəxəssislər axtarış aparır.

Ərzurum hava məkanının uçuşlara bağlanıldığı bildirilib.


Xəbər xətti

16 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin