Türkiyə İraqın şimalında 27 terrorçunu zərərsizləşdirdi

10:23 - 6 Sentyabr 2024

Türkiyə İraqın şimalında 27 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu İraqın şimalında son 4 gün ərzində həyata keçirdiyi hava əməliyyatları nəticəsində Kürdüstan Fəhlə Partiyasının (Türkiyədə qadağan olunmuş və terrorçu kimi tanınan PKK) 27 silahlısını məhv edib. 

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi "X "(keçmiş "Twitter") hesabında məlumat yayıb.

“Sentyabrın 2-də İraqın şimalındakı Metina, Qara, Zap, Hakurk və Qəndil bölgələrində həyata keçirilən hava əməliyyatı nəticəsində ilkin məlumatlara görə, daha 7 PKK terrorçusu məhv edilib. İraqın şimalındakı Hakurk bölgəsində həyata keçirilən hava əməliyyatı nəticəsində son 4 gün ərzində 27 terrorçu məhv edilib”,-bəyanatda deyilir.


Xəbər xətti

16 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin