ABŞ Ukraynaya 250 milyon dollarlıq yardım paketi ayırdı

11:14 - 6 Sentyabr 2024

ABŞ Ukraynaya 250 milyon dollarlıq yardım paketi ayırdı

Vaşinqton administrasiyası Ukraynaya silah-sursat da daxil olmaqla 250 milyon dollar (425 milyon manat) məbləğində yeni hərbi yardım paketi ayırıb.

 

 

Manset.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) bəyanatında deyilir.

"Bu gün ABŞ Müdafiə Nazirliyi Ukraynanın kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəmək üçün əlavə hərbi yardım elan edib. Paket 250 milyon dollar dəyərində qiymətləndirilir". 

Qeyd edək ki, buraya RIM-7 zenit-raket kompleksləri, HIMARS reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatı, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, insan daşına bilən “Stinger” hava hücumundan müdafiə sistemləri, AT-4, TOW və Javelin tank əleyhinə raket sistemləri daxildir.

 


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin