Fransalı voleybolçu Azərbaycan klubuna keçdi

18:42 - 6 Sentyabr 2024

Fransalı voleybolçu Azərbaycan klubuna keçdi

"Abşeron" komandası heyətinə daha bir voleybolçu cəlb edib.

 

Manset.az xəbər verir ki, ötən mövsümün gümüş mükafatçısı fransalı oyunçu Şerilim Başorunun transferini rəsmiləşdirib. 31 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb.

Voleybolçu son olaraq İspaniyanın "Kiele Sokuellamos" komandasının formasını geyinib.

Qeyd edək ki, "Abşeron" daha əvvəl Katerina Jitkova, Nikalina Başnakova və Anastasiya Mertsalovanı transfer edib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin