Baş nazirdən Nəsrulla Kəngərli ilə bağlı QƏRAR

18:00 - 6 Sentyabr 2024

Baş nazirdən Nəsrulla Kəngərli ilə bağlı QƏRAR

XX əsr Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri, əməkdar inşaatçı, SSRİ Dövlət mükafatı laureatı Nəsrulla Yaqub oğlu Kəngərlinin xatirəsi əbədiləşdirilib.

 

Manset.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərarla Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Nəsrulla Yaqub oğlu Kəngərlinin Bakı şəhərində yaşadığı binaya (İnşaatçılar prospekti ilə Bəsti Bağırova küçəsinin kəsişməsində yerləşən) xatirə lövhəsinin vurulmasını təmin etməlidir.


Xəbər xətti

16 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin