MDB ölkəsində Rusiyanın pul köçürmə sistemi dayandırıldı

17:38 - 6 Sentyabr 2024

MDB ölkəsində Rusiyanın pul köçürmə sistemi dayandırıldı

Moldova banklarının hamısı Rusiyanın "Qızıl tac" pul köçürmə sistemi ilə əməkdaşlığı dayandırıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bu, Rusiya və Moldova arasında birbaşa pul köçürmələrinə icazə verən sonuncu xidmət idi.

Dayandırmaq qərarı ABŞ-nin Rusiya şirkətlərinə, o cümlədən "Qızıl tac" sisteminin yaradıcısı "Centrul de Tehnologii Financiare" şirkətinə qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədar qəbul edilib.

Qeyd edək ki, bu sanksiyalar və digər beynəlxalq tədbirlər nəticəsində iki ölkə arasında pul köçürmələri imkanları son dərəcə məhdudlaşıb.


Xəbər xətti

16 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin