"Harris prezident olarsa, tərk ediləcəksiniz" - Trampdan yəhudilərə

17:12 - 6 Sentyabr 2024

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp  Las-Veqasda etdiyi zirvə çıxışında Respublikaçı namizəd Harrisin mümkün prezidentliyini İsrail üçün fəlakət kimi qiymətləndirib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Tramp İsrailin maliyyə dəstəkçilərinə Kamala Harrisin seçiləcəyi təqdirdə tərk ediləcəklərini bildirib.

Onun sözlərinə görə, əgər Tramp prezident seçilərsə, ABŞ universitetlərinin "antisemitizm təbliğatı" kimi xarakterizə etdiyi tələbə etirazları səbəbilə akkreditasiya və federal dəstəyi itirəcəyini bildirib.

“Əgər o, prezident olarsa, sizi tərk edəcəklər.  Məncə, siz bunu xalqınıza izah etməlisiniz. Əgər o, prezident olarsa, sizin İsrailiniz fəlakət olacaq”, – Tramp bildirib.


Xəbər xətti

16 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin