COP29 zolaqları ləğv edilir - RƏSMİ
23 Noyabr 2024
15:10 - 5 Sentyabr 2024
Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədlərindən biri də dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsindən ibarətdir. Dövlətimiz bu siyasəti 1990-cı illərin əvvəllərindən - ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən bəri uğurla davam etdirir. Azərbaycan bu gün bölgə ölkələri ilə qarşılıqlı əməkdaşlıq, beynəlxalq aləmdə öz sözünü demiş böyük dövlətlərlə uğurlu tərəfdaşlıq fonunda, həm də dünyanın aparıcı beynəlxalq qurumlarında kifayət qədər fəal iştirak edir. Möhkəm təməl üzərində yaradılan güclü iqtisadi potensial, toplanmış maliyyə resursları, cəmiyyət həyatının bütün sahələrinin dinamik tərəqqisi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurla həlli Azərbaycana tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütməyə imkan verib.
Ümumiyyətlə, həyata keçirilən qlobal miqyaslı tədbirlər Azərbaycanın dövlətlərarası əlaqələrini gücləndirməklə bərabər, həm də ölkəmizin dünya miqyasında nüfuzunun daha da artırılmasını, Cənubi Qafqazda lider dövlətə çevrilməsini şərtləndirib.
Mövzu ilə bağlı Manset.az-a açıqlama verən Milli Məclisin VI çağırış deputatı Elman Nəsirov bildirib ki, Azərbaycan dünyanın ən qabaqcıl ölkələri ilə uğurlu iqtisadi və siyasi əməkdaşlıq münasibəti qurmağı bacarıb:
"Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqaməti ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və davamlı olmasıdır. İkitərəfli münasibətlərdə isə qonşu dövlətlərlə qurulan əlaqələr xüsusi məna və əhəmiyyət kəsb edir. Sözsüz ki, ikitərəfli münasibətlər yüksək inkişaf etdiyi halda, üçtərəfli, dördtərəfli, beştərəfli və bütövlükdə çoxtərəfli münasibətlərin də inkişafına ciddi təkan vermiş olur. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsində xarici dövlətlərlə möhkəm ticari-iqtisadi və siyasi əlaqələr qurulur. Öncə anlamaq lazımdır ki, xarici siyasət nədir? Xarici siyasət ölkənin milli maraqlarının beynəlxalq aləmdə təbliği və müdafiə edilməsidir. Əminliklə deyə bilərəm ki, Azərbaycan xarici siyasət, milli maraqlarının beynəlxalq arenada ən yüksək səviyyədə müdafiə edilməsi məsələlərində uğurlu addımlarla irəliləyən dövlətlərdən biridir. Həmçinin bu istiqamətdə dünya birliyi ölkələri ilə sülh və əməkdaşlıq korpusuna sadiqdir. Bu o deməkdir ki, Azərbaycan dünyanın ən qabaqcıl ölkələri ilə iqtisadi və siyasi əməkdaşlıq münasibəti qurmağı bacarıb. Yeganə münasibətlərin korlandığı ölkə Ermənistan idi. Lakin hər kəsə aydındır ki, buna səbəb Ermənistan dövlətinin təcavüzkar siyasəti olub.
Buna baxmayraq, Azərbaycan Respublikası Ermənistan dövləti ilə də münasibətlərin normallaşmasına maraqlıdır və bu istiqamətdə də müvafiq tədbirlər görülür. Bu gün də ölkəmizin dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi siyasəti Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi kursa əsasən balanslaşdırılmış və çoxşaxəli formada davam etdirilməkdədir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində də söylədiyi kimi, ötən il ölkəmizin beynəlxalq əlaqələri daha da genişlənib:
“Azərbaycan uzun illər ərzində beynəlxalq aləmdə artıq çox etibarlı, ləyaqətli tərəfdaş kimi tanınır. Xüsusilə son illər ərzində dünyada böhranların, müharibələrin, qeyri-sabit vəziyyətin genişləndiyi bir şəraitdə bizim nümunəmiz, əlbəttə ki, daha çox diqqət cəlb edir və bizə daha böyük rəğbətlə yanaşırlar”.
Elman Nəsirov onu da qeyd edib ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində, beynəlxalq hüquq normaları prinsipi ilə çalışmağın tərəfdarıdır:
"Dövlətimizin maraqlı olduğu digər bir istiqamət isə beynəlxalq münasibətlər sistemində, beynəlxalq hüquq normaları prinsipi ilə işləməkdir. Ancaq çox təəssüflə qeyd edirəm ki, hazırda bu istiqamətdə ciddi boşluqlar mövcuddur. Biz çox böyük şövqlə istərdik ki, beynəlxalq hüquqa əsaslanan beynəlxalq koordinatlar sistemi formalaşsın.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də öz çıxışlarında dəfərlərlə qeyd edib ki, beynəlxalq hüquq sisteminin nizamı pozulub və artıq sən güclüsənsə, haqlısan prinsipi üzərində çalışır.
Bütün bunlarla yanaşı, zənnimcə, beynəlxalq əlaqələr sistemində çox ciddi keyfiyyət dəyişiklikləri baş verir. Əlbəttə, Azərbaycan bu proseslərin fərqindədir və biz xarici siyasət üzrə hər hansı bir addım atarkən qeyd etdiyim məsələləri ciddi şəkildə analiz etdikdən sonra hərəkətə keçirik. Məsələn, hazırda ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatı ilə, həm də BRİKS ilə əməkdaşlığını genişləndirməyə və inkişaf etdirməyə çalışır. Qərb dövlətləri, Şanxay Əməkdaşlıq Təşkilatı BRİKS və s. bu kimi qurumlar çoxtərəfli inkişafı dəstəkləyirlər. Yəni, bir hegemon dövlətin idarəsi ilə yaşamağı deyil, birlikdə inkişaf etmək və addımlaq prinsipini prioritet hesab edirlər. Sözsüz ki, bu gün beynəlxalq əlaqələr sistemində tarazlığın qurulmasına ehtiyac var. Bu baxımdan BRİKS təşkilatının rolu çox böyükdür.
Əlava olaraq, Birləşmiş Millətlər Təşkilatı (BMT) və onun ölkəmizlə əlaqələrindən söhbət aça bilərik. Təsadüfi deyildir ki, 2011-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Mən hesab edirəm ki, bu, ölkəmizin tarixi uğurlarından biri idi. Eyni zamanda Azərbaycan BMT-dən sonra üzvlərinin sayına görə ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edib. Qoşulmama Hərəkatı heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır və hər kəsə bəllidir ki, Azərbaycan bu yöndə vəzifəsini uğurla başa vurmuşdu.
Həmçinin qeyd edə bilərik ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə, MDB çərçivəsində əlaqələrimizi inkişaf etdirir. Dövlət başçısı cənab İlham Əliyevin də dediyi kimi, bu gün türk dövlətləri ilə iqtisadi əməkdaşlıq, həmin dövlətlərlə münasibətləri daha da irəliyə aparmaq ölkəmizin əsas prinsiplərimizdən hesab olunur.
Yekunda bir daha vurğulamaq istəyirəm, Azərbaycan Respublikası beynəlxalq münasibətlər sisteminə sıx inteqrasiyanın və çoxtərəfliliyin tərəfdarıdır, təkqütblülüyün əleyhinədir. Həmçinin beynəlxalq hüququn norma və prinsiplərinin işlək vəziyyətdə olmasını dəstəkləyir və özfəaliyyətində də bunu dəfələrlə sübut etmişdir.
Fidan Əliyeva
6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin