20 ildən sonra qələbə qazandılar

09:33 - 6 Sentyabr 2024

20 ildən sonra qələbə qazandılar

San-Marino millisinin 20 illik qələbə həsrəti başa çatıb.

 

Manset.az xəbər verir ki, yığma Serravala şəhərindəki Olimpiya Stadionunda milli komandalar arasında UEFA Millətlər Liqasının D Divizionunun ilk turunda Lixtenşteynlə qarşılaşıb.

Görüş San Marinonun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 53-cü dəqiqədə Niko Sensoli vurub.

Beləliklə, San Marino millisi son 20 ildə ilk qələbəsini qazanıb.

Qeyd edək ki, komanda son qələbəsini də 2004-cü ildə Lixtenşteyn üzərində qazanmışdı.


Xəbər xətti

16 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin