UNESCO-nun xoşməramlı səfirindən təhsillə bağlı çağırış

20:03 - 4 Noyabr 2021

UNESCO-nun xoşməramlı səfirindən təhsillə bağlı çağırış

"Qlobal Bakı Forumunda iştirakdan qürurlanıram. Bu forum dünya üçün vacib olan məsələlərin müzakirəsinə imkan yaratdı”.

Manşet.az bildirir ki, bunu UNESCO-nun xoşməramlı səfiri Marianna V. Vardinoyannis VIII Qlobal Bakı Forumu çərçivəsində "Sülh, təhlükəsizlik və insan haqları: Yeni erada” mövzusunda panel müzakirələri zamanı deyib. 

O söyləyib ki, təmsil etdiyi təşkilat insan hüquqlarının pozuntusu ilə bağlı olan məsələləri həll edir:

"Hər bir insan cinsindən və irqindən asılı olmayaraq, hörmətə layiqdir. Sabitliyə, ədalətə çıxış təhsilə investisiyadan başlayır. Cəmiyyətdə hər bir şəxsin təhsilə əlçatanlığı olmalıdır”.

Pandemiyaya qarşı mübarizdə birgə səylərin əhəmiyyətindən də danışan M.Vardinoyannis vaksinasiyann gücləndirilməsinin vacibliyini qeyd edib:

"Biz bütün səylərimizi birləşdirib pandemiyaya qarşı birgə mübarizə aparmalıyıq”.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin