"Qalatasaray" bu müqavilənin ləğvi üçün 5.8 milyon avro ödəyəcək

17:28 - 5 Sentyabr 2024

Transfer cəhdlərini davam etdirən və ardıcıl üçüncü Super Liqa çempionluğu üçün iddialı heyət qurmağa çalışan "Qalatasaray" xarici kvotada yer açmağa çalışır. 

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, komandanın portuqaliyalı yarımmüdafiəçi Serxio Oliveyr Yunanıstanın "Olimpiakos" komandası ilə müqavilə bağlamaq üçün Afinaya gedib.

Lakin onun gedişi "Qalatasaray"a baha başa gələcək. Futbolçu ilə 2022-2023-cü il futbol mövsümündən başlayaraq dörd mövsümlük razılıq əldə olunub. Buna uyğun olaraq, hər futbol mövsümü üçün futbolçuya 2 milyon 750 min avro mövsüm maaşı ödənilməldiir.

Bu səbəbdən "Qalatasaray" Serxio Oliveyranın qalan iki illik müqaviləsini ləğv etmək üçün futbolçuya 5,8 milyon avro (10 milyon manat) ödəyəcək. 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin