Bu şəxslərin də maaşları artırıldı - RƏSMİ
15 Yanvar 2025
16:28 - 5 Sentyabr 2024
Əfqanıstan Ticarət və İnvestisiya Palatasının rəhbəri vəzifəsini icra edən Hüseyn Məhəmməd Yunus Vladivostokda keçirilən Şərq İqtisadi Formunda iştirak edib.
Manset.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Hüseyn Məhəmməd Yunus Rusiya Federasiyasından Taliban dövlətçiliyini tanımasını istəyib.
"Sadəcə olaraq, dövlətçiliyimizin Rusiya Federasiyası tərəfindən tanınması bizə ən azı yüz minlərlə iş yeri verir. Və biz çox istərdik ki, bu baş versin ”, - hərəkatın nümayəndəsi bildirib.
Əfqanıstan Ticarət və İnvestisiya Palatasının rəhbəri vəzifəsini icra edən Hüseyn Məhəmməd Yunus əlavə edib ki, Rusiya Əfqanıstan ilə əməkdaşlıqdan məmnun olacaq. Onun sözlərinə görə, bundan hər iki tərəf faydalanacaq.
Rusiya tərəfinin bu təklifə nə cavab verdiyi məlum deyil, lakin hələ də Taliban Rusiya Federasiyasında terror təşkilatı kimi tanınır və fəaliyyəti qadağandır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin