"Övladımın ölkədə tibb təhsili almasını istəmərəm" - Deputatdan qalmaqallı AÇIQLAMA
15 Yanvar 2025
16:15 - 5 Sentyabr 2024
Ali Rada Ukrayna xarici işlər nazirinin keçmiş birinci müavini Andrey Sibiqanın yeni xarici işlər naziri təyin edilməsinə razılıq verib.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak məlumat verib.
Açıqlamada bildirilib ki, bu qərarı 258 deputat dəstəkləyib.
Məlumata görə, Ali Rada idarənin keçmiş rəhbəri Dmitri Kulebanın istefasına səs verib. Kulebanın istefası yalnız ikinci cəhddə təsdiqlənib.
Belə ki, bir gün əvvəl məsələ gündəmə gələndə səsverməyə çıxarılmamışdı, çünki prezidentyönlü partiya lazımi sayda səs namizədi toplaya bilməmişdi.
Xatırladaq ki, daha öncə Ukraynada prezident aparatında çalışmış Sibiqanın namizədliyini bundan əvvəl dövlət başçısı Vladimir Zelenski təqdim etmişdi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin