Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
19:42 - 4 Noyabr 2021
Biləcəri qəsəbəsində 11 evdən kombi aparatı oğurlayan şəxs saxlanılıb.
Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan şəxslərdən biri Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, evdə olmadığı müddətdə mənzilə daxil olan naməlum şəxs orada quraşdırılan kombi aparatının hissələrini oğurlayıb.
Biləcəri qəsəbəsində yaşayan daha 10 sakindən Polis bölməsinə daxil olan eyni məzmunlu şikayət ərizəsində onların da yaşadıqları evlərdən kombilərin oğurlandığı qeyd edilib.
Hadisələrin bir ərazidə və oxşar üsullarla törədilməsi polis əməkdaşlarında bu oğurluqların eyni şəxs tərəfindən törədildiyinə dair əsaslı şübhələr oyadıb.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Biləcəri qəsəbəsində 11 evdən kombi aparatı oğurlayan Ucar rayon sakini Nizar Qədirli qısa zamanda saxlanılaraq istintaqa təqdim olunub və o, ifadəsində törətdiyi hadisələri etiraf edib.
Faktlarla bağlı 6-cı Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib.
"Nizar Qədirlinin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Binəqədi Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına və ya "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər", - Mətbuat Xidmətindən bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin