COP29-da tarixi qərar qəbul olundu
23 Noyabr 2024
15:25 - 5 Sentyabr 2024
Azərbaycan hökuməti bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasında (COP29) iştirak etmək üçün akkreditasiyadan keçmiş nümayəndələrə pulsuz viza almaq imkanı yaradıb.
Manset.az xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) katibliyindən bildirilib.
Məlumata görə, sənədi rəsmi viza portalı, eləcə də Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək olar.
“COP29 vizası sənədi rəsmi elektron viza portalı vasitəsilə almaq üçün onlayn müraciət edildikdən və ya Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarına ərizə verildikdən sonra üç iş günü ərzində verilir”, - məlumatda qeyd olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin