Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
19:15 - 4 Noyabr 2021
Azərbaycan boksçusu Alfonso Dominqes Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib.
Manşet.az xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi yarımfinalda kubalı Ruis Kordobanı məğlub edib.
Asif Axundov klubunun üzvü gərgin keçən döyüşü 4:1 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə aktivinə yazıb. Alfonso sabah baş tutacaq həlledici qarşılaşmada braziliyalı Keno Maçadonu sınağa çəkəcək.
Bu gün baş tutacaq yarımfinallarda millimizin daha 2 üzvü rinqə çıxacaq.
Qeyd edək ki, AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymanini, ardınca rumıniyalı Pol Aradoaeni mübarizədən kənarlaşdıran Alfonso 1/4 finalda rusiyalı Şarabutdin Atayevə qalib gəlib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin