Daha bir güləşçimiz dünya çempionatında üçüncü yeri tutdu

22:02 - 4 Sentyabr 2024

Daha bir güləşçimiz dünya çempionatında üçüncü yeri tutdu

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev İspaniyanın Pontevedra şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.

 

Manset.az xəbər verir ki, 72 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer üçün çinli Venhao Hu ilə mübarizə aparıb. Rəqibinə 6:5 hesabı ilə qalib gələn R.Nurullayev dünya üçüncüsü olub.

Azərbaycanın digər təmsilçisi Tural Əhmədov (60 kiloqram) təsəlliverici görüşdə polşalı Dominik Partikaya tam üstünlüklə (9:1) qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rusiyalı Papik Cavadyana 0:2 hesabı ilə məğlub olaraq 5-ci yerlə kifayətlənib. Bununla da dünya çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Beləliklə, Azərbaycan millisi mundialı 1 gümüş və 1 bürünc medalla başa vurub.

Xatırladaq ki, ötən gün Cocu Səmədov (87 kiloqram) dünya ikincisi olub.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin