Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
20:50 - 4 Sentyabr 2024
Bu gün ölkəmizi UEFA Çempionlar Liqasında ilk dəfə təmsil edən qadın futbolçulardan ibarət “Neftçi” klubu mübarizəyə başlaylb.
Manset.az xəbər verir ki, Siyasət Əsgərovun komandası 1-ci təsnifat mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşıb.
Gürcüstanın Tsxaltubo şəhərində keçirilən oyun rəqib komandanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Reqlamentə əsasən cütün qalibi finala yüksəlib.
Qrupun digər matçında Albaniyanın “Vlajniya” klubu yerli “Lançxuti”yə 3:0 hesabı ilə qalib gəlib. Nəticədə "Neftçi" 3-cülük uğrunda Gürcüstan çempionu ilə mübarizə aparacaq.
UEFA Çempionlar Liqası (qadınlar) - I Təsnifat mərhələsi
4 sentyabr
“Sankt-Pölten” – “Neftçi”
Baş hakim: Yelena Kumer (Xorvatya)
Baş hakimin köməkçiləri: Sanya Rodyak-Karşiç (Xorvatya), Fransesko Di Monte (İtaliya)
Dördüncü hakim: Mariya Marotta (İtaliya)
Tskaltubo Technical Center, Tskaltubo (Gürcüstan). Saat 18:00
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin