“Neftçi” ilk oyununa çıxdı - Çempionlar Liqası

20:29 - 4 Sentyabr 2024

“Neftçi” ilk oyununa çıxdı - Çempionlar Liqası

Qadın futbolçulardan ibarət “Neftçi” komandası bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

 

Manset.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv I mərhələdə Avstriyanın “Sankt-Pölten” komandası ilə qarşılaşıb. Gürcüstanın Tsxaltubo şəhərində yerləşən Tsxaltubo Texniki Mərkəzinin stadionunda keçirilən görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Çempionlar yolunun II qrupunda baş tutan digər oyunda isə “Vlajniya” (Albaniya) - “Lançxuti”yə (Gürcüstan) 3:0 hesabı ilə qalib gəlib. “Ağ-qaralar” üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi ilə üz-üzə gələcək. Həmin oyun sentyabrın 7-də keçiriləcək.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin