"Övladımın ölkədə tibb təhsili almasını istəmərəm" - Deputatdan qalmaqallı AÇIQLAMA
15 Yanvar 2025
15:38 - 4 Sentyabr 2024
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu ( UNICEF ) Covid-19 epidemiyası zamanı həyata keçirilən sərt sərhəd tədbirləri səbəbindən əhalisini peyvənd etməkdə çətinlik çəkən Şimali Koreyaya yardım edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, kampaniya çərçivəsində 800 mindən çox uşaq və 120 mindən çox hamilə qadının yoluxucu xəstəliklərə qarşı peyvənd olunacağı bildirilib.
UNICEF-in Şimali Koreyadakı nümayəndəsinin müavini Roland Kupka bildirib ki, bu kampaniya ölkədəki hər bir uşağın peyvənd olunması və onların uşaqlıqda yayılmış xəstəliklərdən qorunması səylərində vacib mərhələdir.
Qeyd edək ki, Covid-19 epidemiyasından sonra dövlət tərəfindən həyata keçirilən sərt sərhəd tədbirləri nəticəsində peyvənd nisbətləri azalıb və minlərlə uşaq ölümcül xəstəliklər riski ilə üzləşib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin