Olimpiya çempionunun qızıl medalı əlindən alındı

13:15 - 4 Sentyabr 2024

Olimpiya çempionunun qızıl medalı əlindən alındı

Paris 2024 Paralimpiya Oyunlarında qızıl medal qazanan Türkiyənin milli atleti Serkan Yıldırımın qızıl medalı əlindən alınıb.

 

Manset.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, buna Beynəlxalq Paralimpiya Komitəsinin etirazı səbəb olub:

“Türkiyə Milli Paralimpiya Komitəsi, Almaniya qanunlarına tabe olan Beynəlxalq Paralimpiya Komitəsinə qarşı Almaniya məhkəməsində açılan iddiadan Serkan Yıldırımın Paris 2024-də yarışmasına icazə verilən qərar əldə edib və idmançımız 100 metr məsafədə çempion olmağı bacarıb. Lakin BPM bu qərarı daha yüksək instansiya məhkəməsinə aparıb və Yıldırımın müsabiqə üçün uyğun olmadığını bildirən qərar qəbul edilib. Həmçinin hüquqi proses çərçivəsində onun 100 metr məsafəyə qaçış üzrə qazandığı qızıl medalı əlindən alınıb. Medalı geri almaq üçün qanuni haqlarımızdan istifadə edirik və idmançımızın hüquqlarını sona qədər tələb edəcəyik”.

Qeyd edək ki, bir müddət əvvəl Dünya Para Atletika Federasiyası təsnifat statusuna yenidən baxılması ilə bağlı qərar verib. Məsələ ilə bağlı Almaniya məhkəməsinə etiraz edən Serkan Yıldırım hüquqi mübarizədən qalib ayrılaraq Paris 2024 Paralimpiya Oyunlarının yarış siyahısına daxil edilib. Milli atlet kişilər arasında 100 metr məsafəyə T12 kateqoriyasında yarışlarda qızıl medal qazanıb.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin