Bakının bu küçəsində hərəkət tam məhdudlaşdırılacaq

11:20 - 4 Sentyabr 2024

Bakının bu küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Sentyabrın 6-da saat 06:00-dan etibarən Bakının 8 Noyabr prospektində (Ramiz Quliyev küçəsindən Zığ dairəsi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Manset.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur",- deyə məlumatda qeyd edilib.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin