"Bilik Günü"nün gətirdiyi BAHALAŞMA: Canfəşanlıq edən valideynlərdir GÜNAHKAR?

09:30 - 4 Sentyabr 2024

15 sentyabr - "Bilik Günü" münasibətilə övladı birinci sinfə gedən valideynlər tort və gül sifarişləri üçün daha çox canfəşanlıq edirlər.

 

Manset.az Baku Tv-yə istinadla xəbər verir ki, xüsusi dizaynda, bilik gününə özəl hazırlanan tortların dadı şirin olsa da, qiymətləri əl yandırır.

Öncədən gül buketi sifariş vermək isə müşkülə çevrilib.

Satıcıların sözlərinə görə, "Bilik Günü"nə özəl tortların qiyməti 40-43 manatdan başlayır. Üzərində xüsusi bəzəkləri olan tortların qiyməti isə 150 manatdan yuxarı hesablanır.

İqtisadçılar deyirlər ki, hər yeni tədris ilində süni artım müşahidə edilir. Bahalaşmaya səbəb isə elə məhz valideynlərin özləridir.

İqtisadçı Fuad İbrahimov bildirib ki, sinifdə olan 20 şagirdin müəllimə gül gətirməyi anormal haldır:

"Gözəllik bir həftə sonra tullantı olursa, bu, israfçılıqdan başqa bir şey deyil".

Ətraflı süjetdə:


Xəbər xətti

30 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin