Onlar Vətənə döndülər - FOTOLAR

09:08 - 4 Sentyabr 2024

Onlar Vətənə döndülər - FOTOLAR

Fransanın paytaxtı Paris şəhərində təşkil edilən Yay Paralimpiya Oyunlarında 1 qızıl və 1 bürünc qazanaraq ikinci olan parataekvondo üzrə Azərbaycan milli komandası Vətənə dönüb.
 

Manset.az xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar. Turnirdə 3 parataekvondoçu ilə təmsil olunan yığmanın üzvləri ümumilikdə 2 medal əldə ediblər.

İmaməddin Xəlilov (K44, 70 kiloqram) qızıl, Sabir Zeynalov (K44, 58 kiloqram) bürünc medal qazanıb, Əbülfəz Abuzərli (K44, 80 kiloqram) 1/4 finala kimi irəliləyib. Azərbaycan millisi yekun sıralamada yalnız Türkiyə seçməsindən geri qalıb. Üçüncü sırada isə Böyük Britaniya komandası yer alıb.

Qeyd edək ki, parataekvondo yarışlarında ümumilikdə 52 ölkə təmsil olunub.



Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin