Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
13:50 - 25 İyun 2021
Rusiyanın Novqorod vilayətinin Boroviçi rayon məhkəməsi 43 yaşlı Azərbaycan vətəndaşı Mahir Firuz oğlu Paşayevin işi üzrə hökm çıxarıb. O, mütəşəkkil cinayətkar qrupun tərkibində fəaliyyət göstərərək köməksiz vəziyyətdə olan 2 və daha çox şəxsi öldürməkdə təqsirli bilinib.
Manset.az xəbər verir ki, Novqorod vilayətinin prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Yelena Qriqoryeva bildirib ki, 2007-ci ilin yanvar ayından iyun ayına qədər Paşayev əlbir olduğu 6 nəfərlə birlikdə mütəşəkkil qruplaşma yaradaraq vətəndaşların mənzilləri üzərində mülkiyyət hüququnu qanunsuz yollarla ələ keçirmək, onların sahiblərini öldürmək üçün cinayət əməlləri törədiblər. Mütəşəkkil qruplaşmanın lideri Paşayevin qohumu olub, Mahir onun adından digər dəstə üzvlərinə göstərişlər verib və cinayət əməliyyatlarının həyata keçirilməsinə nəzarət edib.
İttihama əsasən 2007-ci ildə M.Paşayev Moskva şəhəri, Zelenoqrad inzibati dairəsində yaşayan mənzil sahibinin etibarını qazanıb və onu Novqorod vilayətinə aparıb. Paşayev mənzil sahibini inandırıb ki, onu təbiət qoynunda xoş istirahət gözləyir. Lakin Novqorod vilayətində mənzil sahibini dəstə iştirakçılarından biri qaşılayıb və onu Boroviçi rayonunun Kaçalovo kəndi yaxınlığında öldürüb. Öldürülən şəxsin mənzili daha sonra dəstə üzvləri tərəfindən satılıb.
"2007-ci ilin yanvarından 2008-ci ilin avqustuna qədər dəstə üzvləri daha beş Moskva sakinini Novqorod vilayətində öldürüblər”,-prokuror köməkçisi bildirib.
Təqsirləndirilən şəxs günahını tam boynuna alıb, ona 24.5 il həbs cəzası verilib. Cəzasını ciddi rejimli həbsxanada çəkməlidir. Qalan dəstə üzvlərinin məhkəməsi Moskvada aparılır.//Virtualaz.org
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin