Bu ölkədə həddindən artıq istilər 248 nəfərin həyatına son qoydu

17:44 - 3 Sentyabr 2024

Bu ölkədə həddindən artıq istilər 248 nəfərin həyatına son qoydu

Yaponiyanın paytaxtı Tokioda yüksək temperatur səbəbindən həyatını itirənlərin sayı 248-ə yüksəlib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Araşdırmalar zamanı ölən şəxslərin 40-90 yaşları arasında olduğu, yaşadıqları evlərdə və iş yerlərində kondisioner olmadığı və ya aktiv istifadə edilmədiyi müəyyən edilib.

"Həyatını itirənlər çox vaxt yaşlı idi və tək yaşayırdılar, bu da onların ətrafdakı dəyişiklikləri görməsini çətinləşdirir və simptomlar daha da ağırlaşa bilər", - Yaponiya rəsmiləri bildirib.

Qeyd edək ki, 2022-ci ildə Tokioda yüksək temperatur səbəbiylə 251 nəfər ölmüşdü.

 


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin