COP29 zolaqları ləğv edilir - RƏSMİ
23 Noyabr 2024
17:23 - 3 Sentyabr 2024
Bərdə rayonunun Cəyirli kəndində yarımtikilidə iki gün əvvəl itkin düşmüş həmin kəndin sakini, 2009-cu il təvəllüdlü Sevinc Abbaslının meyitinin aşkar edilməsi ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Manset.az-a Bərdə Rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən prokuror kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
"Meyitin xarici müayinəsi zamanı üzərində müxtəlif xəsarət izləri aşkar edilib. İlkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyindən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.
***
15:28
Bərdə rayonunda iki gün əvvəl itkin düşən 2009-cu il təvəllüdlü qızın meyiti aşkar edilib.
Manset.az Report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.
Bildirilib ki, qızın meyitinin qonşu tərəfindən həyətdə basdırıldığı müəyyən olunub.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparılır
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin