Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
13:53 - 3 Sentyabr 2024
Azərbaycanın paratleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Pralimpiya Oyunlarında final mərhələsinə yüksəlib.
Manset.az xəbər verir ki, təmsilçimiz 100 metr məsafəni 11,81 saniyə göstərici ilə başa vurub.
Qeyd edək ki, final mərhələsi 21:00-da başlayacaq.
***
10:03
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın bir idmançısı çıxış edəcək.
Manset.az xəbər verir ki, paralimpiya və 4 qat dünya çempionu Lamiyə Vəliyeva T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda gücünü sınayacaq.
Bu kateqoriya üzrə təsnifat mərhələsi saat 13.04-də, final mərhələsi isə 21:00-da başlayacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal var. İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin