Tarixə düşən cəza: Azərbaycan Qran Prisinə buraxılmayacaq

10:52 - 2 Sentyabr 2024

Tarixə düşən cəza: Azərbaycan Qran Prisinə buraxılmayacaq

“Haas” komandasının pilotu Kevin Maqnussen 2 həftədən sonra Bakıda şəhər trekində keçiriləcək Formula 1-in növbəti mərhələsini buraxacaq.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, buna səbəb danimarkalı sürücünün cərimə xallarında limitə çatması olub.

Maqnusen İtaliya Qran Prisi zamanı Pyer Qasli ilə toqquşub. Stüardlar danimarkalını təqsirli bilib. Kevinə 10 saniyə və 2 xal cərimə təyin edilib. Reqlamentə əsasən, 12 bal həddinə çatdıqdan sonra pilot avtomatik olaraq diskvalifikasiya olunur.

Maqnussen 12 cərimə xalı toplayan və cəza alan ilk Formula 1 sürücüsü kimi tarixə düşüb.

Qeyd edək ki, Bakıda keçiriləcək Azərbaycan Qran Prisinin əsas yarışı sentyabrın 15-də baş tutacaq.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin