“Spartak” “Fənərbağça”nın qapısını döydü: 8 milyonla

09:30 - 2 Sentyabr 2024

“Spartak” “Fənərbağça”nın qapısını döydü: 8 milyonla

“Fənərbağça”nın yarımmüdafiəçisi Cengiz Ünder karyerasını Rusiyada davam etdirə bilər.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, Moskva “Spartak”ı yarımmüdafiəçinin transferi üçün 8 milyon avro təklif edib.

Mənbənin sözlərinə görə, “Fənərbağça” türkiyəli futbolçunun transferi üçün “Spartak”dan 10 milyon avro istəyib.

Qeyd edək ki, ötən mövsüm Ünder bütün turnirlərdə 33 oyun keçirib, 9 qol vurub, 3 məhsuldar ötürmə edib.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin