Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
18:06 - 1 Sentyabr 2024
"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibləri "Malmö" və "Elfsborq" İsveç çempionatında növbəti oyunlarına çıxıblar.
Manset.az Report-a istinadən xəbər verir ki, komandalar XXI turda matçlarını müvafiq olaraq evdə və səfərdə keçiriblər.
Birincilər “Yurqorden”i dörd cavabsız qolla üstələyib. Digər kollektiv isə "Brommapoykarna” ilə heç-heçə edib - 3:3.
Qeyd edək ki, "Malmö" 48 xalla liderdir. "Elfsborq" 33 xalla 6-cı pillədə qərarlaşıb. "Qarabağ" bu klublarla oktyabrın 3-də evdə, dekabrın 11-də səfərdə oynayacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin