Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
16:05 - 1 Sentyabr 2024
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu Konfrans Liqası matçlarına ev sahibliyi edəcək.
Manset.az Apasport.az-a istinadən xəbər verir ki, Belarusun “Dinamo Minsk” komandası Konfrans Liqasının ev oyunlarını Azərbaycanın Sumqayıt şəhərində keçirəcək.
Belarus çempionları ölkəmizdə üç oyun keçirəcək.
Oktyabrın 3-də "Harts" (başlama saatı 19.45), noyabrın 28-də "Kopenhagen" (20.45) və dekabrın 12-də "Larne" komandaları ilə oyunlara Sumqayıt ev sahibliyi edəcək.
Qeyd edək ki, buna səbəb UEFA-nın Belarusa tətbiq etdiyi sanksiyadır.
Həmin qərara əsasən, Minsk təmsilçisi Liqa mərhələsindəki ev oyunlarını öz ölkəsində keçirə bilməz.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin